Türk lirəsinin dollar qarşısında ucuzlaşması sürətlənib - YENİ REKORD
Dollar/TL 18.50-dən yuxarı test edilibTürk lirəsinin (TL) dollar qarşısında ucuzlaşması sürətlənib və Dollar/TL məzənnəsində rekord yenilənib.
Marja xəbər verir ki, günə yüksəlişlə başlayan Dollar/TL məzənnəsi axşam saatlarında 18.50 səviyyəsini də keçərək 18,5132 səviyyəsini görüb.
Əsasən, Türkiyə Mərkəzi Bankın faiz endirməsi, qlobal bazarlarda dolların bahalaşması ilə əlaqədar olaraq Türk Lirəsi dəyər itirir.
Türk Lirəsi aprelin sonundan bu yana 20%, ilin əvvəlindən 28,6%, son bir ildə isə 54,6% dəyər itirib. Ötən il türk lirəsi 40 faizdən çox dəyərini itirib.
Qlobal bazarlarda dollar rubl kimi bir-iki valyuta istisna olmaqla, demək olar ki, bütün dünya valyutaları qarşısında dəyər qazanır.
Dollar indeksi dünən 114,58 ilə 2002-ci ilin mayından bu yana ən yüksək səviyyəsinə çatıb. Funt 1,0327 dollara qədər tarixi minimuma düşdüyü halda, avro dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsini görüb.
Qlobal böhran narahatlıqları mərkəzi bankların faiz artırmalar ilə güclənib, xüsusən də Avropada enerji təchizatı problemləri narahatlıqları artırır. İxracının təxminən yarısını Avropa ittifaqına həyata keçirən Türkiyə bazarında Avropa iqtisadiyyatının vəziyyəti və məhsullara tələbi diqqətlə izlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























