Çin xaricində istifadə edilən Yuan rekord ucuzlaşıb
Offşor yuan (Offshore - Çin xaricində istifadə edilən yuan) dollara nisbətdə 2010-cu ildən, o cümlədən 2008-ci il maliyyə böhranından bəri ən aşağı səviyyəyə düşüb, çünki dollar bahalaşıb.
Marja.az xəbər verir ki, Çinin valyutaya dəstəyi azaldacağı ilə bağlı fərziyyələr irəli sürülüb.
Çinin daxilində istifadə edilən yuan (Onshore) dollara nisbətdə son 14 ilin ən aşağı səviyyəsinə (1 dollar = 7,2256 yuan) düşüb. Offşor yuan da 0,4 faiz dəyər itirib və 1 dollar 7,2048-ə çatıb ki, bu da yuan üçün 2010-cu ildən bəri ən aşağı səviyyədir.
Onshore yuan bu ay dollar qarşısında 4 faizdən çox ucuzlaşaraq 1994-cü ildən bəri ən böyük illik itkiyə doğru gedir. Pekinin pul siyasətinin FED ilə fərqli olması ölkədən çıxışlara səbəb olduğu üçün Çinin valyutası təzyiq altındadır. Dünən Louis FED sədri Ceyms Bullard qiymət sabitliyini təmin etmək üçün faiz artımlarının davam etməsi lazım olduğunu bildirib. Pekin hökuməti isə daşınmaz əmlak böhranı və pandemiya məhdudiyyətləri ilə tələbin düşməsi və deflyasiya riskinə qarşı genişləndirici mövqe (yumşaq pul siyasəti) nümayiş etdirir.
Çin Xalq Bankı yuan fiksasiyasını Bloomberg-in gözlədiyindən daha güclü səviyyədə təyin edib. Bu, Pekin hökumətinin valyutaya dəstəyi azalda biləcəyinə işarə edib. Bank yuanı dəstəkləmək üçün ardıcıl 25 sessiya üçün gündəlik istinad dərəcəsini gözləniləndən daha güclü səviyyədə təyin etmişdi. Bəzi analitiklər deyirlər ki, bank yuanın ucuzlaşmasına çox da qarışmayacaq, çünki zəif yuan ixraca müsbət təsir edir və iqtisadiyyata dəstək verir.
Bəzi qurumlar da bu həftə yuanla bağlı proqnozlar paylaşıblar. "Morgan Stanley" dolların ilin sonunda 7,3 yuan olacağını proqnozlaşdırdığı halda, "United Overseas Bank" gələn ilin ortaları üçün proqnozunu 7,1-dən 7,25-ə yüksəldib.
Bildirilir ki, Çin Xalq Bankı yuanın ucuzlaşması səbəbindən yumşaldıcı siyasətini ilin sonuna qədər təxirə sala bilər. Avqust ayında sürpriz endirim edən Bank bu ay siyasətində dəyişiklik etməyib. "Bloomberg Economics" isə Çin Xalq Bankının yumşaq pul siyasətini davam etdirəcəyini gözləyir.
Offshore Yuan (CNH) qlobal bazarlarda kifayət qədər rahat və heç bir məhdudiyyət olmadan istifadə edilir. Çin sərhədləri daxilində istifadə edilən Onshore Yuan (CNY) Çin Mərkəzi Bankının (PBOC) ciddi nəzarəti altındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























