ABŞ OPEC+-dan neft hasilatını azaltmamağa çağırır
Agentlik qeyd edir ki, Vaşinqton belə bir addımın mövcud iqtisadi vəziyyətin tələblərinə cavab vermədiyi qənaətindədir.Birləşmiş Ştatlar OPEC+ ölkələrini neft hasilatını azaltmamağa çağırır və ABŞ-ın nöqteyi-nəzərinə görə, belə bir addım hazırkı iqtisadi vəziyyətin tələblərinə cavab vermir.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton bu mövqedən prezident Co Baydenin ölkədə benzinin qiymətinin aşağı düşməsinə nail olmaq istəyi fonunda çıxış edir.
Agentliyin məlumatına görə, Ağ Ev bu məlumatları rəsmi təsdiqləməkdən imtina edib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrianne Watson, "OPEC qərar qəbul edənə qədər, OPEC-in heç bir hərəkəti ilə bağlı şərh verməyəcəyik" deyib. “Əlbəttə, biz həmişə bütün istehsalçılar və istehlakçılarla, o cümlədən OPEC+ tərəfdaşları ilə danışırıq. İqtisadi artımı dəstəkləmək və dünyanın hər yerində istehlakçılar üçün qiymətləri aşağı salmaq üçün enerji təchizatı tələbata uyğun olmalıdır. Bu barədə tərəfdaşlarımızla danışmağa davam edəcəyik”, o vurğulayıb.
OPEC+ sazişində iştirak edən ölkələrin nazirləri neft hasilatı üzrə gələcək planı müəyyən etmək üçün oktyabrın 5-də növbəti iclas keçirəcəklər.
Bundan əvvəl Bloomberg agentliyi OPEC+ nümayəndə heyətindəki mənbələrə istinadən xəbər vermişdir ki, alyans neft hasilatını gündəlik ya 2 milyon barel, ya da gündəlik 1 milyondan 1,5 milyon barelə qədər azaltmağı nəzərdən keçirir. Reuters də hasilatın sutkada 1 milyon bareldən çox azaldılacağını bildirib. OPEC+ ölkələri belə bir qərarla razılaşarsa, bu, alyansın, pandemiya səbəbindən neftə tələbatın azalması və qiymətlərin düşməsi fonunda hasilatı gündəlik 9,7 milyon barel azaltmağa razılaşdığı 2020-ci ilin yazından bəri hasilatın ən əhəmiyyətli ixtisarı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















