Dünya Bankı 2022-ci ildə Gürcüstan iqtisadiyyatının artım proqnozunu 8,8%-ə yüksəldib
Proqnoz əvvəllər 5,5% idiDünya Bankı (DB) Gürcüstan iqtisadiyyatının 2022-ci ildə artım proqnozunu 5,5%-dən 8,8%-ə yüksəldib.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Gürcüstan iqtisadiyyatının artımı üzrə proqnoz Avropa və Mərkəzi Asiya regionunda ən yüksək göstəricidir.
Yüksək iqtisadi artımla əlaqədar Gürcüstan hökuməti daha əvvəl 2022-ci il üçün büdcənin parametrlərini yeniləmək qərarına gəlib. Yenilənmiş məlumatlara görə, bu il iqtisadi artım əvvəllər proqnozlaşdırılan 6% əvəzinə 8,5% olacaq. Bu il nominal ÜDM əvvəllər proqnozlaşdırılan 64,8 milyard lari (23 milyard dollar) əvəzinə 72,2 milyard lariyə (25 milyard dollardan çox) yüksələcək. Beləliklə, 2022-ci ildə adambaşına düşən ÜDM 6,5 min dollardan çox olacaq.
Büdcəyə daxilolmalar 1,27 milyard lari (446 milyon dollar) artaraq 16,8 milyard lari (təxminən 6 milyard dollar) təşkil edəcək. Hökumət büdcə kəsirini planlaşdırılan 4,4%-dən 3,2%-ə endirməyi planlaşdırır. Bu il yüksək iqtisadi artıma görə hakimiyyət orqanları 710 milyon lari (250 milyon dollar) az kredit götürəcək ki, bu da onlara ümumi borcu ÜDM-in 51%-indən 39,6%-niə endirməyə imkan verəcək. Artıq sənəd təsdiq olunmaq üçün parlamentə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























