İraqın Neft naziri: OPEC+-ın qərarı ölkədən ixracın həcminə təsir etməyəcək
İhsan Abdel Caber ümidvar olduğunu bildirib ki, OPEC+un qərarı dünya bazarında sabitliyin möhkəmlənməsinə və neftin qiymətinin dəstəklənməsinə kömək edəcək.İraqın neft naziri İhsan Abdel Caber çərşənbə günü deyib ki, OPEC+un hasilatı azaltmaq qərarı onun ölkəsindən ixracat həcminə təsir etməyəcək.
Marja xəbər verir ki, "SHAFAQ News" informasiya portalı nazirin sözlərindən sitat gətirir: "Bizim ixracımız zərər görməyəcək".
Caber, "İraqın OPEC-ə üzv ölkələrin 2021-ci ilin iyul ayında əldə etdiyi razılaşma ilə müəyyən edilmiş hasilat səviyyəsini saxlamağa çalışdığını" vurğulayaraq, qərarın dünya bazarında sabitliyin möhkəmlənməsinə və neft qiymətlərinin dəstəklənməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.
OPEC+ ölkələri çərşənbə günü Vyanada keçirilən görüşdə hasilatı noyabr ayından başlayaraq gündəlik 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, həmçinin sazişi 2023-cü ilin sonuna qədər uzadıblar. Bu qərara görə, İraq hasilatı gündəlik 220 min barel azaldaraq 4,431 milyon barelə endirməlidir.
2021-ci ilin iyul ayında beş OPEC+ ölkəsinin əsas hasilat səviyyəsi artırılıb. İraq bu ölkələr arasında idi və sonra onun baza səviyyəsi sutkada 150,000 barel artaraq 4,803 milyon barelə yüksəlib.
Vyanada keçirilən üzbəüz görüşdə OPEC+ sazişində iştirak edən ölkələr noyabr ayından başlayaraq gündəlik hasilatı 2 milyon barel azaltmağa razılaşıb, həmçinin müqavilənin müddətini 2023-cü ilin sonuna qədər uzadıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























