"Rusiya bazarını tərk edən xarici biznes artıq təxminən 200-240 milyard dollar itirib"
Ən böyük itkiləri ABŞ, Böyük Britaniya və Almaniyadan olan şirkətlər üzrədir.Rusiya Strateji Araşdırmalar Mərkəzinin (CSR) hesablamalarına görə, Rusiya bazarını tərk edən və ya Rusiya Federasiyasında fəaliyyətini məhdudlaşdıran xarici şirkətlərin itkiləri fevralın sonundan etibarən 200-240 milyard dollar həcmində qiymətləndirilir.
“Fəaliyyətlərini məhdudlaşdıran və ya Rusiya bazarından çıxdığını elan edən xarici şirkətlər 2022-ci ilin fevral ayının sonundan indiyədək 200 milyard dollardan 240 milyard dollara qədər itirib ki, bunun da 70-90 milyard dolları Rusiyanı tərk etmək qərarına gələn bizneslərin payına düşür”,- Marja xəbər verir ki, Strateji Araşdırmalar Mərkəzinin hesabatında deyilir.
Strateji Araşdırmalar Mərkəzinin ekspertləri hesab edirlər ki, ABŞ, Böyük Britaniya və Almaniya biznesləri ən böyük itkilər barədə məlumat verirlər.
Hesabata görə, 9 sentyabr 2022-ci il tarixinə əvvəllər Rusiyada işləyən ən böyük xarici şirkətlərin 34%-i fəaliyyətini məhdudlaşdırıb, 15%-i Rusiya bölməsinin yeni sahibinə keçməsi yolu ilə ölkəni tərk etmək qərarına gəlib, yalnız 7%-i yerli bölməsini yeni səhmdara təhvil vermədən daxili bazarı tərk etdiklərini açıqlayıb. Eyni zamanda, şirkətlərin 44%-i adi qaydada fəaliyyətini davam etdirir.
Finlandiya (Rusiyada fəaliyyət göstərən Finlandiya şirkətlərinin 80%-i ölkəni tərk etmək qərarına gəlib), Danimarka (73%) və Böyük Britaniya (35%) Rusiya bazarından çıxışlarını elan etməkdə ən fəal olublar. Avstriya şirkətləri arasında belə şirkətlər nisbətən azdır (bu ölkədən olan firmaların yalnız 8%-i Rusiyanı tərk etmək qərarına gəlib). Rusiyanı tərk etmək qərarına gələn şirkətlər Yaponiya (14%), İsveçrə (16%) üzrə də azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























