Taxılın beynəlxalq qiymətləri artıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında taxılın beynəlxalq qiymətlərinin artdığını açıqlayıb.
Marja xəbər verir ki, FAO Taxıl Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 147,8 bənd təşkil edib ki, bu da avqust ayına nisbətən 2,2 bənd (1,5 faiz) və 2021-ci ilin sentyabr ayı dəyərindən 14,9 bənd (11,2 faiz) çoxdur.
Sentyabr ayında beynəlxalq buğda qiymətləri 2,2% artıb, bu, Qara Dəniz Taxıl Sazişinin noyabr ayından sonra davam etdirilməsi və Ukraynanın ixracına potensial təsiri ilə bağlı artan qeyri-müəyyənliyi ilə əlaqədardır. Üstəlik, Argentina və Amerika Birləşmiş Ştatlarında hava şəraitilə bağlı narahatlıqlar, eləcə də Avropa İttifaqında daha yüksək daxili tələbat qiymətlərin artmasına əlavə dəstək olub.
Dünya qarğıdalı qiymətləri təxminən sabit (+0,2 faiz) olub.
Beynəlxalq arpa qiymətləri əsasən Avstraliya və Rusiyada yaxşılaşdırılmış məhsul proqnozları ilə əlaqədar olaraq 3,0 faiz azalıb, dünya sorqo qiymətləri isə Amerika Birləşmiş Ştatlarında istehsal perspektivlərinin azalması səbəbindən 13,2 faiz artıb.
FAO-nun Düyü Qiymətləri İndeksi sentyabrda 2,2 faiz artıb. Hindistanın ixrac siyasətindəki dəyişikliklər, Pakistandakı şiddətli daşqınlar və istehsal qeyri-müəyyənlikləri qiymətlərin artmasına səbəb olur. Buna baxmayaraq, tələbin ləng artması düyü qiymətlərindəki artımları məhdudlaşdırıb.
Xəbər verdiyimiz kimi, FAO-nun Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin sentyabrında orta hesabla 136,3 bənd təşkil edərək, avqust ayı ilə müqayisədə 1,5 bənd (1,1 faiz) azalaraq, ardıcıl 6 aylıq enişi qeyd edib. Sentyabr ayında İndeksin azalması bitki yağlarının beynəlxalq qiymətlərinin kəskin düşməsi və şəkər, ət və süd məhsullarının qiymətlərinin mülayim azalması ilə əlaqədardır. Yeni azalmaya baxmayaraq, İndeks ötən ilin müvafiq ayında öz dəyərindən 7,2 bənd (5,5 faiz) yuxarı qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























