Neft qiymətləri böhran narahatlığı ilə düşüb
Dünya bazarında neft qiymətləri ötən həftə əhəmiyyətli artımdan sonra çərşənbə axşamı səhər düşür.
Marja xəbər verir ki, treyderlər tənəzzül ehtimalından narahatdırlar.
Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,43% azalaraq 95,78 dollar/barelə, WTI markalı neftin noyabr fyuçersləri 0,57% azalaraq 90,61 dollara geriləyib.
Ötən həftə Brent markalı neft 11,3%, WTI isə təklifin azalacağı gözləntiləri ilə 16,5% bahalaşıb, çünki OPEC+ noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib.
Bu gün neft qiymətləri korreksiyanın bir hissəsi kimi düşür. Bundan əlavə, investorlar qlobal mərkəzi bankların “aqressiv” hərəkətlərinin qlobal iqtisadi fəallığın azalmasına və böhranın başlanmasına səbəb olacağından ehtiyat edirlər ki, bu da öz növbəsində “qara qızıl”a tələbin azalmasına səbəb ola bilər.
Yüksək inflyasiya ilə mübarizə aparmaq üçün dünyanın mərkəzi bankları sərt pul siyasəti yürüdürlər. Belə ki, sentyabr ayında ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) və Avropa Mərkəzi Bankı (ECB) baza faiz dərəcəsini 75 bənd, İngiltərə Bankı isə 50 bənd artırıb. CME Group-un məlumatına görə, analitiklərin 82%-i FED-in noyabr ayında keçiriləcək iclasında uçot dərəcəsini yenidən 75 baza bəndi artıracağını proqnozlaşdırır ki, bu da belə sürətlə dördüncü, ilin əvvəlindən isə altıncı artım ola bilər.
Analitiklər qeyd edirlər ki, neft ötən həftə bir barel üçün 9 dollara yaxın qalxdıqdan sonra korreksiya mərhələsindədir. Ümumilikdə qlobal iqtisadi fəallığın yavaşlaması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























