"Pandemiya və münaqişələr qidaya çıxış böhranına səbəb olub"
Pandemiya, Ukrayna böhranı və bütün dünyada davam edən digər münaqişələr ciddi ərzaq böhranına səbəb olub.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu G20 ölkələrinin maliyyə və kənd təsərrüfatı nazirlərinin birgə iclasında bildirib.
FAO rəhbəri vurğulayıb ki, bəzi malların ehtiyatlarının azalması, enerji və gübrə qiymətlərinin artması, bir sıra əsas istehsalçı ölkələrdə pis hava şəraiti, ticarət siyasətinin qeyri-müəyyənliyi və Ukraynada davam edən münaqişə ilə bağlı risklər narahatlıq doğurur. Onun fikrincə, hazırkı ərzağa çıxış böhranını ərzaq mövcudluğu böhranına çevirə biləcək artan risk faktorları var.
“Ərzaq qiymətlərinin artması xüsusilə əhalinin ən yoxsul və ən həssas təbəqələri üçün narahatlıq doğurur, onlar gəlirlərinin böyük hissəsini ərzağa xərcləyirlər”, o, bildirib. Qu Donqyu əlavə edib ki, əksər ölkələrdə ərzaq məhsullarının pərakəndə satış qiymətlərində illik artım 10%-dən 30%-ə qədər dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
15 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























