29 xarici aviaşirkət Bakı hava limanına müntəzəm reyslər yerinə yetirir
Sentyabr ayında Azərbaycanın mülki hava limanları 500 mindən çox sərnişinə xidmət göstərib2022-ci ilin sentyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 530 mindən çox sərnişinə xidmət göstərmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricilərindən təxminən 78% çoxdur.
Paytaxt Bakının hava limanının payına 461 min sərnişin düşür ki, bunun da 412 min nəfəri beynəlxalq reyslərin sərnişinləri təşkil edir.
Məlumatda qeyd edilib ki, göstərilən müddət ərzində AZAL və “Buta Airways” aviaşirkətləri 164 min sərnişinə və beynəlxalq reyslər üzrə 56 min sərnişinə xidmət göstəriblər. Bu, beynəlxalq daşımaların ümumi sayının 47%-ni təşkil etmişdir.
2022-ci ilin sentyabr ayında 29 xarici aviaşirkət Bakı hava limanına müntəzəm reyslər yerinə yetirmişdir. AZAL və “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines” və “Utair” aviaşirkətləri tərəfindən daşınmışdır.
Sentyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Ər-Riyad, Ankara, Əbu-Dabi, Təl-Əviv, İzmir və Antalya şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 276 min sərnişinə xidmət göstərilmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























