ABŞ-da 12 ay ərzində tənəzzül ehtimalı 100%-ə çatıb
ABŞ-da 12 ay ərzində, 2023-cü ilin oktyabrına qədər tənəzzül ehtimalı 100%-ə çatıb.
Marja.az xəbər verir ki, bunu Bloomberg iqtisadçılarının yaratdığı yeni iqtisadi modelin məlumatları göstərir.
Agentliyin yaydığı məlumata görə, əvvəlki tənəzzül riskinin qiymətləndirilməsi modeli, 2023-cü ilin oktyabrına qədər tənəzzül üçün 65% ehtimal verirdi. İndi bu rəqəm 100%-ə yüksəlib.
Bu proqnozu hazırlayarkən Bloomberg 13 makroiqtisadi və maliyyə göstəricisini nəzərə alıb. Qeyd olunur ki, göstəricilərin pisləşməsi ABŞ-ın iqtisadiyyatında və maliyyə sektorunda mənfi proseslərin güclənməsi ilə bağlıdır. Eyni zamanda, agentlik qeyd edib ki, maliyyə siyasətinin sərtləşdirilməsi, inflyasiyanın artması və FED-in uçot dərəcəsini artırmaqda israrlı olacağı gözləntiləri də tənəzzül riskini artırır.
Tənəzzül (latınca recessus- geriləmə) - ümumi daxili məhsul istehsalının azalmasıdır. Tənəzzül zamanı işsizlik artır, əsas kapitala investisiyalar azalır, əhalinin ümumi yaşayış səviyyəsi aşağı düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























