Azərbaycanın ən böyük bankından böyük mənfəət
Səhmlərinin böyük hissəsi dövlətə məxsus olan ABB 2022-ci ilin 9 ayında təxminən 210 milyon manat xalis mənfəət əldə edib.Aktivlərinin həcmi də daxil olmaqla bir sıra göstəricilər üzrə Azərbaycanın ən böyük bankı olan "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 209 milyon 914 min manat xalis mənfəətlə başa vurub. Qeyd etmək lazımdır ki, cari ilin 9 ayında Bank törəmə müəssisələrindən 15 milyon manata yaxın dividend əldə edib. Bankın xalis mənfəəti 2021-ci ilin 9 aylıq dövrü ilə müqayisədə 12 milyon 732 min manat və ya 6,4% artıb. ABB 2021-ci ilin yanvar-sentyabr dövrünü 197 milyon 182 min manat xalis mənfəətlə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja.az "ABB" ASC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında Bankın faiz gəlirləri 79 milyon 1 min manat və ya 24,4% artaraq 402 milyon 736 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 80 min manat və ya 3,2% artaraq 133 milyon 196 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 83 milyon 81 min manat artaraq 535 milyon 932 min manata yüksəlib.
Əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən ABB cari ilin 9 ayını 281 milyon 746 min manat əməliyyat mənfəəti ilə bağlayıb (ötən ilin eyni dövründə 229 milyon 594 min manat). Bank əməliyyat mənfəətindən 32 milyon 720 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 39 milyon 112 min manat mənfəət vergisi ödəyib. Beləliklə, ABB 2022-ci ilin 9 ayını 209 milyon 914 min manat xalis mənfəətlə yekunlaşdırıb.
"ABB" ASC-nin maliyyə göstəricilərinin təhlili nəticəsində məlum olur ki, əməliyyat mənfəətinin, həmçinin xalis mənfəətin artması əməliyyat gəlirlərinin artmasından, eyni zamanda əməliyyat xərclərinin kəskin artmasına imkan verilməməsindən qaynaqlanır. Müştərilərə verilmiş kreditlər, qiymətli kağızlara investisiyalar, alınan haqq və komissiya, xarici valyuta əməliyyatları üzrə ABB-nin gəlirləri artıb.
BANK BU İL TƏXMİNƏN 1 MİLYARD MANATLIQ BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayı ərzində ABB-nin cəmi aktivləri 948 milyon 608 min manat artaraq 12 milyard 432 milyon 464 min manata çatıb. Bank ötən ilin sonunda 11 milyard 483 milyon 857 min manat cəmi aktivlərə malik idi.
BÜTÜN KREDİTLƏRDƏ ARTIM BAŞ VERİB
“ABB” ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) son bir il ərzində 744 milyon manat və ya 27% (son 9 ayda isə 418 milyon 548 min manat və ya 13%), o cümlədən biznes kreditləri 156 milyon 228 min artaraq 1 milyard 743 milyon manat təşkil edir) artaraq 3 milyard 517 milyon 995 min manata yüksəlib. Cari ilin 9 ayı ərzində Bank tərəfindən 1 milyard 56 milyon manat biznes kreditləri verilib.
Eyni zamanda, qiymətli kağızlar üzrə portfel 143 milyon 261 min manat artaraq 1 milyard 506 milyon 777 min manat təşkil edir.
ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN BANKDAKI VƏSAİTLƏRİ ARTIB
2022-ci ilin 9 ayı ərzində ABB-nin depozit portfeli 1 milyard 400 milyon 733 min manat artmaqla 9 milyard 662 milyon 399 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 499 milyon 362 min manat artımla 1 milyard 782 milyon 336 min manata, hüquqi şəxslərin depozitləri isə 901 milyon 371 min manat artaraq 7 milyard 880 milyon 62 min manata çatıb.
BANKIN ƏMSALLARI NORMALARI ÜSTƏLƏYİR
30 sentyabr 2022-ci il tarixində ABB 1 milyard 328 milyon 549 min manat məcmu kapitala malik olub. Bankın əmsalları sistem əhəmiyyətli banklar üçün normaları kəskin üstələyir. Belə ki, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə fakt 18,21% (norma 6%), məcmu kapitalın adekvatlıq əmsalı üzrə fakt 20,80% (norma12%), Leverec əmsalı üzrə fakt isə 8,85% (norma 5%) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 19 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb






.jpg)
.jpg)












.jpg)
