Misir milli valyutasının dollara bağlanmasından imtina edəcək
Misir Mərkəzi Bankı milli valyutanın dollara bağlanmasından imtina etmək üçün Misir funtunun indeksini hazırlayır.Misir Mərkəzi Bankı milli valyutanın ABŞ dollarına bağlanmasından imtina etmək üçün Misir funtunun indeksini hazırlayır.
Marja.az xəbər verir ki, bunu Misir Mərkəzi Bankının rəhbəri Həsən Abdulla bildirib.
Avqust ayından bu vəzifəni icra edən Mərkəzi Bankın rəhbərinin sözlərinə görə, bank müstəqil siyasət aparır, lakin hərəkətlərin təkcə ictimaiyyətlə deyil, həm də özəl sektorla əlaqələndirilməsinin zəruriliyini anlayır.
O xatırladıb ki, əsasən neft hasil edən ölkələrin valyutaları dollara bağlanır və Misir onların siyahısındadır.
"Bundan başqa, ABŞ Misirin əsas tərəfdaşı deyil", - bank rəhbəri bildirib.
"Buna görə də, dolların məzənnəsindən asılı olmayaraq, biz Misir funtu indeksinin yaradılması üzərində işə başladıq - bu, bir neçə valyutanı, ola bilsin ki, qızılı və digər metalları da nəzərə alacaq", - Abdullah Misirin Birinci İqtisadi Forumunda çıxışı zamanı deyib.
“Məqsədimizin bir hissəsi valyutamızın dollara bağlı olmasını dəyişməkdir”, - Abdulla bildirib.
Mərkəzi Bankın rəhbəri vurğulayıb ki, Misir funtu dollar qarşısında ucuzlaşsa da, türk lirəsi, ingilis funtu və avroya qarşı möhkəmlənib, “amma insanlar bunu görmür”.
Abdullah həmçinin qeyd edib ki, səlahiyyətlilər Mərkəzi Bankın yaxın illər üçün proqnozlaşdırdığı inflyasiya rəqəmlərini ilin sonuna kimi açıqlamağı planlaşdırır. Sentyabrda Misirdə illik inflyasiyanın səviyyəsi təxminən 4 ildə ilk dəfə olaraq 15%-i keçib.
Misir funtu mart ayından etibarən dollara nisbətdə 27%-dən çox ucuzlaşıb, hazırda məzənnə 1 dollar üçün 19,72 funt-sterlinq təşkil edir.
Misirin maliyyə naziri Məhəmməd Maite avqust ayında bildirib ki, ilin əvvəlindən bu yana Misirdən təxminən 22 milyard dollarlıq sərmayə çıxarılıb və bu, borcun ödənilməsinə mane olub və ölkədə iqtisadi böhrana gətirib çıxarıb.
Misir martın sonunda BVF-dən Misir dövlətinin tammiqyaslı iqtisadi islahat planlarını dəstəkləmək üçün yeni proqram üzrə məsləhətləşmələrə başlamağı xahiş edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























