"Neftin qiymətini diktə etmək OPEC+ ölkələri üçün qeyri-mümkündür"
Rusiyanın Maliyyə naziri Anton Siluanov hesab edir ki, OPEC+ ölkələri neftin qiymətini alıcılar tərəfindən diktə edilməsini özləri üçün qeyri-mümkün hesab edirlər. Onlar tərəfdən məhdudiyyətlər əks effektə gətirib çıxaracaq.
Oktyabrın əvvəlində Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla OPEC+ ölkələri neft hasilatını noyabr ayından gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib və razılaşmanı 2023-cü ilin sonuna qədər uzadıblar. ABŞ prezidenti Co Bayden, eləcə də Demokratlar Partiyasının bir sıra digər tanınmış üzvləri bundan məyus olduqlarını bildiriblər və qeyd ediblər ki, Vaşinqton cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir. Ağ Ev, OPEC+ qrupunun üzvlərini bu qərarı qəbul edərkən Rusiyanın tərəfini tutmaqda ittiham edib.
Siluanovun sözlərinə görə, Rusiya Federasiyası tavan qiymətlərlə nefti tədarük etməyəcəyini bəyan edib, çünki bu, alıcının qiymət diktəsidir.
"Təbii ki, OPEC ölkələri belə bir yanaşmanı özləri üçün qeyri-mümkün hesab edirlər və hasilatın həcmini azaltmağa qərar verdilər və bununla da bazarın tənzimlənməsinin istehsalçıdan asılı olduğunu göstərdilər. Bəli, təbii ki, istehlakçılar məhdudiyyətlər qoya bilərlər. Amma belə məhdudiyyətlər neft təklifinin azalması ilə nəticələnərsə, o zaman qiymətlərin artması nəticəsində əks təsir göstərəcək" deyib.
O, əlavə edib ki, Rusiya qarşıdakı illər üçün mühafizəkar parametrlər müəyyən edib - bir dollar üçün 68 rubl məzənnəsi ilə bir barel üçün 70 dollar, hasilatın həcmi isə gündə təxminən 10 milyon bareldir.
"Biz neft və qazdan 8 trilyon rubldan çox gəlir əldə etməyi planlaşdırırıq", - Siluanov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























