"Yelo Bank"ın xalis mənfəəti kəskin azalıb
Aldım qoz, satdım qoz, mənə qaldı çaqqaçuq - "Yelo Bank"ın xərcləri kəskin artıb, gəlirlərdəki artımı tamamilə silib. Eyni zamanda, Bankın əməliyyat mənfəəti də aşağı düşüb.
"Yelo Bank" ASC 2022-ci ilin 9 ayını 3 milyon 244 min manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azalıb. Bank 2021-ci ilin 9 ayını 11 milyon 367 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən ilin 9 aynda "Yelo Bank"ın xalis mənfəətinin böyük hissəsi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış vəsaitdən qaynaqlanırdı. Əməliyyat mənfəəti azaldığından və ehtiyatdan daha az vəsait qayıtdığı üçün Bankın xalis mənfəəti də azalıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın əməliyyat mənfəəti 1 milyon 470 min manat təşkil edib. Eyni zamanda, ehtiyatdan 1 milyon 774 min manat qayıdıb və nəticədə mənfəət 3 milyon 244 min manata yüksəlib. 2021-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın əməliyyat mənfəəti 1 milyon 550 min manat təşkil etmiş, ehtiyatdan 9 milyon 817 min manat qayıtmış və mənfəət 11 milyon 367 min manata yüksəlmişdi.
2022-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın əməliyyat gəlirləri artsa da, əməliyyat xərclərinin artması onu tamamilə silib.
2022-ci ilin yanvar-sentyabr dövründə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 70 milyon 102 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 68 milyon 632 min manat təşkil edib. 2021-ci ilin eyni dövründə Bankın cəmi əməliyyat gəlirləri 48 milyon 810 min manat, cəmi əməliyyat xərcləri 47 milyon 259 min manat təşkil etmişdi. Beləliklə, gəlirlərin 21 milyon 293 min manat artmasına qarşı, xərclər 21 milyon 373 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımı tamamilə silib, üstəlik Bankın əməliyyat mənfəəti 80 min manat da azalıb.
"Yelo Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında 134 milyon 399 min manat və ya 30,1% artaraq 30 Sentyabr 2022-ci il tarixində 580 milyon 436 min manat təşkil edib.
30 Sentyabr 2022-ci il tarixində "Yelo Bank" ASC 795 milyon 604 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 533 milyon 721 min manat cəmi aktivlərə malik idi.
"Yelo Bank"ın depozit portfeli 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 197 milyon 739 min manat və ya 56% artaraq 550 milyon 378 min manata çatıb.
30 Sentyabr 2022-ci il tarixində "Yelo Bank" 92 milyon 948 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 62 milyon 390 min manat idi).
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
3 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
