Qlobal bazarlarda ABŞ gündəmi
Qlobal bazarlarda bütün diqqət ABŞ-a yönəlib. Bazar oyunçuları ABŞ-da aralıq seçkilərin nəticələrini və ABŞ-da inflyasiya məlumatlarını yaxından izləyəcəklər.
Marja xəbər verir ki, ABŞ-dakı seçkilərin kölgəsində, bu səhər ABŞ fond fyuçersləri Honq-Konq və Çinin başçılıq etdiyi Asiyadakı azalmalar ilə itki və qazancda dəyişib.
Çərşənbə axşamı 0,6 faiz artımla bağlanan S&P 500 üzrə fyuçerslər ilk əməliyyatlarda mənfi ərazidə olub.
Honq Konqun Hang Seng indeksi 1,6%-dən çox düşüb. Çinin CSI 300 və Yaponiyanın Nikkei indeksləri mənfidə olub.
Dollar günə ucuzlaşma ilə başlayıb. Bloomberg Dollar İndeksi cüzi azalaraq 1312 bənd təşkil edib. ABŞ-ın 10 illik xəzinədarlığının gəlirliliyi 4,13% səviyyəsində sabitləşib.
ABŞ xam nefti həftənin ilk iki günündə 4 faiz ucuzlaşsa da, bu səhər cüzi itki ilə 88 dollarda qalır. Qızılın bir unsiyası 1709 dollar səviyyəsindədir.
Sabah Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da inflyasiya məlumatları açıqlanacaq. Oktyabrda ABŞ-da illik inflyasiyanın sürətinin 8,2%-dən 8%-ə düşəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 16 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























