Azərbaycanın xaricə qaz satışı 17 faizdən çox artıb
Energetika Nazirliyinin yaydığı operativ məlumatlara görə, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda 38,4 milyard kubmetr təbii qaz hasil edilib.
Qazın 11,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 20,7 milyard kubmetri “Şahdəniz”dən, 6,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 18,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. 10 ay ərzində Türkiyəyə 6,9 milyard kubmetr, Avropaya 9,3 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetrə yaxın qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 noyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 201,2 milyard kubmetr, “Şahdəniz”dən isə 178,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 124,3 milyard kubmetr həcmi ixraca nəql edilib.
2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 27,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 17,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.
Hesabat dövründə 21,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,7 milyon tona yaxını konsorsiumun, 1,2 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2022-ci il tarixinədək 603 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 563,5 milyon ton neft, “Şahdəniz”dən isə 39,5 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 noyabr tarixinədək 601 milyon tonu ixraca nəql edilib.
2022-ci ilin 10 ayı ərzində ölkədə neftin emalı 5,1 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI

























