“Garant Company” satınalma sahəsində Azərbaycan bazarının liderlərindən birinə çevrilib!
“Garant Company” LLC, 2015-ci ildə Çinin Yiwu şəhərində fəaliyyətə başlamış beynəlxalq satınalma və təchizat şirkətidir. Başlanğıcda, sadəcə Çin satınalmaları üzrə ixtisaslaşmış "Garant Company", hər zaman yeni və fərqli bazar axtarışında olmuşdur. Bu səbəbdən, hər il yeni ölkə bazarlarında və fərqli sahələrdə öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda uzaq Şərq, Avropa Birliyi və MDB-yə üzv ölkələr, həmçinin Türkiyə, İran kimi qonşu ölkələrlə də təchizat zəncirinin təşkilini həyata keçirməkdədir.
Fəaliyyət müddəti ərzində dərman preparatları və qida məhsulları istisna olmaqla iyirmidən çox çeşidli məhsul kateqoriyalarında yüksək satınalma təcrübəsinə sahib olan şirkət, bu sahədə ölkə bazarının liderlərindən birinə çevrilmişdir.
Baş ofisinin dünya ticarətinin mərkəzi olan Çində yerləşməsi lokal biznes tərəfdaşları üçün bir sıra üstünlüklər yaradır. Belə ki, şirkət əməkdaşlarının yerli mütəxəssislərdən ibarət olması bazar araşdırması və məhsul alışlarında ən səmərəli və effektiv həllər təklif edə bilməyinə səbəb olur.
Bundan başqa, Çin hökümətinin ixracı dəstəkləmək məqsədi ilə ayırdığı subsidiyaların hesabına bir çox sahədə müştərilərə güzəştli qiymət təklif etməyə imkan verir.
Digər tərəfdən, istehsalçı ilə yarana biləcək hər hansı uyğunsuzluq halında, şirkətin Çin təyinatlı olmasının verdiyi üstünlük sayəsində, daxili qanunvericiliyinə uyğun olaraq hüquqi müstəvidə istehsalçının öhdəliklərini tam şəkildə yerinə yetirməsini, ən qısa müddətdə Arbitraj məhkəməsində tələb edə bilir.
Bütün bu xidmətlərin Bakı ofisi ilə vahid komanda şəklində icra olunması müştərilərə Çinə getmədən prosesin bütün mərhələlərində yaxından iştirak etməsinə imkanı yaradır. Bu isə öz növbəsində məhsul təminatında yarana biləcək nöqsanları minimuma endirir.
Yarandığı gündən etibarən keyfiyyətli və peşəkar xidmət göstərməyi başlıca prioritet olaraq görən "Garant Company", təsadüfi deyil ki, bütün müştərilərinin etibarli tərəfdaşı olmuşdur. Çünki, güvən bizim üçün hər zaman öndədir.
Əlaqə: +994 51 215 44 00
Web: www.garantcompany.az
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
51 d. əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
-
1 saat əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirləri 8 dəfədən çox azalıb
-
3 saat əvvəl
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb ®
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Xam neft satışından gəlirlər 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı
Ən çox oxunanlar
SOCAR-ın xalis mənfəəti yerində sayıb
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı
“28 May”–“Nizami” bağlanır - 6 yeni ekspres marşrut işə salındı
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Sənaye parkında yeni şirkət - 27,5 milyon manat yatıracaq, burger və hot-doq üçün bulka istehsal edəcək
Azərbaycan neftinin son qiyməti























