“Azəralüminium” üçün çətinliklər yaranıb, bank kreditindən istifadə edə bilər
Dünya birjalarındakı kəskin volatillik “Azəralüminium” üçün uzunmüddətli planların qurulmasında çətinliklər yaradıb. Birja qiymətlərinin aşağı proqnozlaşdırıldığı aylarda satış həcminin minimuma endirilməsi, bu səbəbdən dövriyyə vəsaitinə yarana biləcək tələblərin bank krediti xəttindən istifadə yolu ilə qarşılanması planlaşdırılır.“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru cənab Kamran Nəbizadənin sədrliyi ilə 11 noyabr 2022-ci il tarixində “Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
ASC-nin yaydığı məlumatda bildirilir ki, iclasda 2022-ci ilin son proqnozu və 2023-cü ilin büdcə layihəsi Müşahidə Şurası üzvlərinə təqdim edilib.
Qeyd edilib ki, oktyabr-noyabr ayları ərzində büdcə layihəsi Korporasiyanın mərkəzi aparatı və törəmə müəssisənin rəhbər heyəti ilə birgə müzakirə edilərək, lazımi tövsiyə və tapşırıqlar nəzərə alınmaqla hazırlanıb.
"Son illərdə COVİD-19 pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərərlərin ardınca 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, qlobal alüminium sənayesində azalmaqda davam edən iqtisadi fəallıq, ənənəvi loqistik marşrutlardakı problemlər və digər bu kimi səbəblərdən bir sıra ciddi risklər yaranmış və dünya iqtisadiyyatı staqflyasiya təhlükəsi ilə üz-üzə qalmışdır. Dünya birjalarındakı kəskin volatillik uzunmüddətli planların qurulmasında çətinliklər yaratmışdır. Büdcə layihəsi hazırlanarkən yuxarıda qeyd edilmiş amillər nəzərə alınmış, riskli sayılan satış bazarları və loqistika marşrutları üzrə mümkün olan diversifikasiya və optimallaşdırma tədbirləri nəzərdə tutulmuşdur. Birja qiymətlərinin aşağı proqnozlaşdırıldığı aylarda satış həcminin minimuma endirilməsinə qərar verilmiş, bu səbəbdən dövriyyə vəsaitinə yarana biləcək tələblərin bank krediti xəttindən istifadə yolu ilə qarşılanması planlaşdırılmışdır. İstehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə xammal və materialların satınalınmasını ənənəvi qrafiklər ilə deyil, yuxarıda qeyd edilən risklər nəzərə alınaraq daha uyğun qrafiklər üzrə həyata keçirilməsi planı tərtib edilmişdir. Beləliklə, bir sıra beynəlxalq nüfuzlu təşkilatların proqnozlarına istinad edilərək “Azəralüminium” MMC-nin büdcə layihəsi baza, pessimist və optimist ssenarilər üzrə hazırlanaraq müəssisənin Müşahidə Şurasına təqdim edilmişdir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























