92 yaşlı milyarder çip istehsalçısının 4 milyard dollarlıq səhmlərini alıb
Milyarder Uorren Baffetin maliyyə konqlomeratı "Berkshire Hathaway" üç ay ərzində Tayvanın yarımkeçirici istehsalçısı TSMC-yə (Taiwan Semiconductor Manufacturing Company Limited) 4 milyard dollardan çox sərmayə yatırıb.
Marja xəbər verir ki, bu, "Berkshire Hathaway"ın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi hesabatdan məlum olur.
Ən böyük fondların əməliyyatlarını izləyən Amerika servisi "Whale Wisdom"a görə, üçüncü rübdə "Berkshire Hathaway"ın portfelinin dəyəri bir rüb əvvəlki 300,13 milyard dollardan 296 milyard dollara qədər azalıb. "GuruFocus" portalının məlumatına görə, portfeldə ən böyük pay hələ də İT sektoru (45,16%), sonra maliyyə (24,01%), enerji (12,05%), istehlak malları (12%), rabitə xidmətləri (3,7%) və səhiyyə (1,4%) olub. İkinci rübdə enerji sektoru portfeldəki payına görə dördüncü yerdə qərarlaşmışdı.
Ümumilikdə üçüncü rübün sonunda "Berkshire Hathaway"in portfelində 49 şirkət olub. Apple portfeldəki payına görə liderliyi qoruyub saxlayıb (41,76%). İkinci və üçüncü yerləri "Bank of America" (10,33%) və "Chevron" (8,05%) tutub. İkinci rübdə "Coca-Cola" üçüncü yeri tutsa da, sentyabrın 30-na onun payı 7,59% təşkil edib.
Baffet hansı şirkətlərin səhmlərini alıb?
"Whale Wisdom"un məlumatına görə, üçüncü rübdə "Berkshire Hathaway" eyni anda üç yeni şirkətdə mövqelər açıb (sərmayə yatırıb).
Baffet TSMC-nin 60,06 milyon səhmini alıb, üçüncü rübün sonunda paketin dəyəri təxminən 4,12 milyard dollar qiymətləndirilir. "Berkshire Hathaway"in Tayvanın çip istehsalçısının portfeldəki payı 1,39%-ə çatıb.
92 yaşlı Baffet uzun müddətdir texnologiya sektoruna sərmayə qoymaqdan yayınıb və o, tam anlamadığı biznesə investisiya qoymaq istəmədiyini bildirmişdi. Ancaq son illərdə onun mövqeyi dəyişib və indi "Berkshire Hathaway"in rəhbəri bu sənayeyə daha çox diqqət yetirir.
Həmçinin konqlomerat tikinti materialları istehsalçısı "Louisiana Pacific"də mövqe tutub. Üçüncü rübdə 5,8 milyona yaxın səhm alınıb, hesabat dövrünün sonuna paketin dəyəri 296,69 milyon dollar, portfeldəki payı 0,1% təşkil edib.
Baffet 433,56 min səhmini əldə edərək "Jefferies" maliyyə qrupuna da daxil olmaq qərarına gəlib. Rübün sonunda paketin dəyəri 12,8 milyon dollardan bir qədər az qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 15 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























