Yeni risklər yarandığından “Azərpambıq ASK”nın 3 ssenaridə büdcə layihəsi hazırlanıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə “Azərpambıq ASK” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
“Azərbaycan Sənaye Korporasiyası”nın yaydığı məlumata görə, iclasda 2022-ci ilin yenilənmiş proqnozu və 2023-cü ilin büdcə layihəsi Müşahidə Şurası üzvlərinə təqdim edilib.
Bildirilib ki, oktyabr-noyabr ayları ərzində büdcə layihəsi Korporasiyanın mərkəzi aparatı və törəmə müəssisənin rəhbər heyəti ilə birgə müzakirə edilərək, lazımi tövsiyə və tapşırıqlar nəzərə alınmaqla hazırlanıb.
Məlumatda qeyd edilib ki, son iki ildə COVİD-19 pandemiyasının qlobal iqtisadiyyata mənfi təsiri, 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, iqlim dəyişiklikləri və ABŞ dollarının uçot dərəcəsinin il ərzində bir neçə dəfə artırılması səbəbindən qlobal tekstil sənayesində iqtisadi fəallıq ciddi şəkildə aşağı düşmüş və bir sıra yeni risklər yaranmışdır. Pambıq mahlıcının birja satış qiymətinin il ərzində kəskin şəkildə aşağı düşməsi, xam pambığın tədarük qiymətinin 2022-ci il ərzində artaraq 1 ton üçün 700 manatdan 800 manata qalxması, maya dəyərinin artması nəzərə alınmış, riskli sayılan satış bazarları və loqistika marşrutları üzrə mümkün olan diversifikasiya və optimallaşdırma tədbirləri nəzərdə tutulmuşdur. Satış həcmlərinin daha münasib qiymətlərə uyğun təyin edilməsi planlaşdırılmış, satışların aşağı olduğu aylarda təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə dövriyyə vəsaitinə yarana biləcək tələbləri qarşılamaq üçün qısamüddətli bank krediti xəttindən istifadə üzrə yerli banklarla əməkdaşlıq qurulmuşdur. Dövriyyə vəsaitindən daha səmərəli istifadə edilməsi üçün illik satınalma və investisiya planları büdcə layihəsi ssenarilərinə müvafiq olaraq bir neçə variantda hazırlanmışdır.
Beynəlxalq nüfuzlu təşkilatların proqnozlarına istinad edilərək “Azərpambıq ASK” MMC-nin büdcə layihəsi baza, pessimist və optimist ssenarilər üzrə hazırlanaraq müəssisənin Müşahidə Şurasına təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI


























