VTB (Azərbaycan) “Qalaalti trail” cığır qaçışı üzrə yarışı dəstəklədi
(®) VTB (Azərbaycan) Şabran rayonunun Qalaaltı kəndində keçirilən “Qalaalti trail” yarışının rəsmi tərəfdaşı kimi çıxış edib.
İştirakçılar qədim Çıraq Qala qalasının yaxınlığındakı meşədən keçən marşrutu qət ediblər.
Yarışda həm təcrübəli qaçışçılar, həm də yeni başlayan trailrunnerlər də daxil olmaqla 180 idmançı iştirak edib. Yarış seçimlə iki məsafədə - 10 və 20 kilometr məsafədə keçirilib.
“VTB (Azərbaycan) əhali üçün sağlam həyat tərzini formalaşdıran idman tədbirlərini dəstəkləməyi öz missiyalarından biri hesab edir. Ölkə üçün cığır qaçışı gənc idman növüdür, ona görə də biz onun inkişafına və populyarlaşmasına töhfə verməkdən məmnunuq. Keçən il bank “Qızıl payız” və “Running Flamingo” trail qaçış yarışlarını, səmti müəyyən etmə turnirini və dağ idman klubunun açıq çempionatını maliyyələşdirib. Bu il biz, Milli Atletika Federasiyasına həvəskarlar üçün növbəti yarışın keçirilməsində dəstək vermişik. Biz gözləyirik ki, hər il respublikada belə tədbirlərin sayı artacaq, Azərbaycana nəinki yeni idmançılar həm də turistlər cəlb edəcək”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev bildirib.
VTB (Azərbaycan) ölkədə müxtəlif səviyyələrdə idman layihələrini fəal şəkildə dəstəkləyir. Bank bu ilin əvvəlində Basketbol Federasiyası ilə 1 illik müqavilə imzalayaraq Azərbaycan Basketbol Liqasının rəsmi sponsoru olub. Yayda bank “VTB Azərbaycan Kuboku” uşaq futbol turnirinin təşkilatçısı kimi çıxış edib.
Məlumat üçün:
Cığır qaçışı təbii ərazidə sərbəst sürətlə və ya yarışın bir hissəsi kimi qaçışı əhatə edən idman intizamıdır. Kros və dağ qaçışı elementləri daxildir. Kross qaçışından əsas fərq landşaftdadır: cığırla qaçmaq üçün adətən təpələr və hətta dağlar seçilir (hündürlük fərqi min metrdən çox ola bilər), həmçinin səhralar və sıx meşələr.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























