Dövlətə məxsus tekstil şirkətinin özəlləşdirilməsinə 30-dan artıq xarici şirkət dəvət olunub
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 30-dan artıq xarici şirkətə “ASK Tekstil” MMC-nin özəlləşdirilməsində iştirak üçün müraciət edib.
Bu barədə Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün “ASK Tekstil” MMC-də keçirilmiş mediaturda məlumat verilib.
"Müəssisənin özəlləşdirilməsinə nüfuzlu strateji investorların cəlb edilməsi məqsədilə xarici şirkətlərə müraciətlər ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib", - Xidmət bildirir.
Hazırda müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində məsləhətçi şirkətin iştirakı ilə işlərə başlanılıb.
KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar, müəssisənin qısa tarixi, istehsal sahələri, texnoloji avadanlıqlar, müəssisənin özəlləşdirilmə perspektivi barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “ASK Tekstil” MMC-dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri təşkil edilib, müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI































