Ruslara əmanətləri xarici valyutada saxlamaq tövsiyə edildi - Dolların bahalaşması davam edə bilər
Bu il ABŞ Mərkəzi Bankının (FED) faizlərini son 40 ildə ən sürətli şəkildə artırması, eləcə də kapitalın Avropadan ABŞ-a axması fonunda dollar daha da bahalaşıb.
Marja xəbər verir ki, "Sovcombank"ın baş analitiki Mixail Vasilyev bildirib ki, 2023-cü ildə də FED hazırkı kursunu davam etdirsə və proqnozlaşdırılan qlobal tənəzzül reallaşsa, Dolların bahalaşması tendensiyası davam edə bilər.
Bir çox iqtisadçı hesab edir ki, geosiyasi ziddiyyətlər, deqloballaşma, dünyada onilliklər ərzində rekord səviyyəyə çatan inflyasiya, yığılmış borclar, enerji və ərzaq böhranları fonunda aparıcı mərkəzi bankların faiz dərəcələrini sürətlə artırmaları, eləcə də Çində koronavirusa qarşı sərt tədbirlər qlobal iqtisadi tənəzzülə səbəb olacaq. Və bu ssenaridə xammal qiymətlərinin düşməsi və qlobal investorların "etibarlı sığınacaq" olan dollara keçmələri ehtimalı var.
"Biz 2023-cü il üçün proqnoza Urals markalı neftin qiymətinin bir barel üçün 60 dollara düşməsini də daxil edirik. Lakin dünyada tənəzzül daha dərin olarsa, neftin qiyməti proqnoz daha da aşağı düşəcək", - ekspert hesab edir.
Onun fikrincə, bunun fonunda Rusiya rublunun ucuzlaşması və bir dolların 70 rubla qədər bahalaşması ehtimalı var.
Rubla təzyiq Rusiyanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitinin azalması ilə bağlı olacaq: qlobal tənəzzül və yeni sanksiyalar (Dekabrın 5-dən Rusiya neftinə qiymət tavanı və idxalına embarqo tətbiq ediləcəyi gözlənilir) səbəbindən ixrac gəlirləri azalacaq. "Ona görə də əmanətlərinizin bir hissəsini xarici valyutada saxlamaq məqsədəuyğundur", - Vasilyev tövsiyə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























