“Baku Steel Company” QSC yeni inkişaf strategiyasını hazırlayır
"2023-cü ildən etibarən “Baku Steel Company” QSC-nin növbəti hədəfi fəaliyyətini yenilənmiş strategiya və inkişafda olan korporativ idarəetmə sistemi ilə daha uğurla davam etdirməkdir”Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC 2023-2030-cu illər üzrə orta və uzun müddətli inkişaf strategiyasının hazırlanması işlərini uğurla davam etdirir. Bunun tərkib hissəsi olaraq artıq Cəmiyyətin ümumi inkişaf və transformasiya konsepsiyasının hazırlanması, korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilir.
Marja xəbər verir ki, bunu, “Baku Steel Company” QSC-nin Baş Direktorunun 1-ci müavini Polad Hümmətov bildirib.
Polad Hümmətov əlavə edib ki, İnkişaf strategiyamızın hazırlanmasında qabaqcıl beynəlxalq təcrübə və metallurgiya sənayesində müşahidə olunan qlobal trendlər öyrənilir:
"Belə ki, dünyanın nüfuzlu konsaltinq şirkətləri ilə birlikdə strategiyanın hazırlanması, mümkün investisiya qoyuluşlarının qiymətləndirilməsi, Cəmiyyətə məxsus bütün istehsalat müəssisələrində hazırkı texniki və texnoloji vəziyyətin diaqnostikası və təkmilləşdirilməsi yönündə işlər davam etdirilir. Onu da vurğulamaq istərdim ki, “Baku Steel Company” QSC üçün ən mühüm məqamlardan biri istehsalat prosesində əməyin təhlükəsizliyi və işçilərinin sağlamlığının tam şəkildə təmin edilməsidir. Bu istiqamətdə Cəmiyyətin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin (SƏTƏMM) metallurgiya sənayəsində olan beynəlxalq praktikaya uyğun təkmilləşdirilməsi məqsədilə prosesə Avropa ölkələrindən də mütəxəssislər cəlb olunmuşdur. 2023-cü ildən etibarən “Baku Steel Company” QSC-nin növbəti hədəfi fəaliyyətini yenilənmiş strategiya və inkişafda olan korporativ idarəetmə sistemi ilə daha uğurla davam etdirməkdir”.
Baş Direktorun 1-ci müavini qeyd edib ki, ağır sənaye, o cümlədən qara metallurgiya Azərbaycanda qeyri-neft sektorunun önəmli sahələrindəndir və onun inkişafı prioritet məsələlərdən biri hesab edilir. Ölkədə dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” adlı sənəddə də yer alır. “Baku Steel Company” QSC-nin orta və uzun müddətli inkişaf strategiyasının hazırlanması isə dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına dəstək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, “Baku Steel Company” QSC hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), dairəvi çubuqlar, tikişsiz borular, kvadrat və dairəvi pəstahlar, habelə çeşidli fasonlu tökmələr istehsal edir. 20 ildən artıq fəaliyyəti dövründə, nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən “Baku Steel Company” QSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunur.
2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























