Ərəb Valyuta Fondu Yəmənə 1 milyard dollar ayırır
Yəmən və Ərəb Valyuta Fondu bazar günü respublikaya iqtisadi, maliyyə və valyuta islahatlarının aparılması üçün 1 milyard dollar vəsaitin ayrılması haqqında saziş imzalayıb.
Marja Yəmənin hökumətinin xəbər agentliyi Saba-nın məlumatına istinadən xəbər verir ki, "islahat proqramı 2022-2025-ci illər üçün nəzərdə tutulub - maliyyə sistemini gücləndirmək, dövlət institutlarını bərpa etmək, iqtisadi artımı, davamlı inkişafı bərpa etmək və yeni iş yerləri yaratmaq məqsədi daşıyır".
İmzalanma mərasimində Yəmən tərəfini maliyyə naziri Salem Saleh bin Breik təmsil edib. Onun mətbuat konfransında qeyd etdiyi kimi, planlaşdırılan dəyişikliklər “neft hasilatının, eləcə də qeyri-neft gəlirlərinin artırılmasına kömək edəcək ki, bu da Yəmənin iqtisadiyyatına və vətəndaşlarının həyatına müsbət təsir göstərəcək”.
Yəmənin islahat proqramı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan iştirak edib.
Ərəb Valyuta Fondu 1976-cı ildə yaradılmış regional maliyyə təşkilatıdır. Onun mühüm vəzifəsi daha çox məzənnə sabitliyinə nail olmaq, ərəb ölkələrinin iqtisadi və pul siyasətini əlaqələndirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























