SOCAR-ın rəhbərliyi “Şahdəniz Bravo” platformasına səfər edib
2022-ci il noyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti “Şahdəniz” qaz-kondensat yatağının “Şahdəniz Bravo” platformasına səfər edib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, səfərin məqsədi dünyanın ən böyük qaz və kondensat yataqlarından biri hesab edilən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə istismara verilən ‘’Şahdəniz Bravo’’ platformasına yerində baxış keçirmək, fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv imkanları müzakirə etmək olub.
Səfər çərçivəsində SOCAR-ın nümayəndələri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirib.
Görüşdə SOCAR-ın nümayəndə heyətinə “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi, cari əməliyyatlar, müasir texnoloji və təhlükəsizlik sistemləri, həmçinin nəzərdə tutulan layihələr barədə məlumat verilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətindən bəhs edib, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan qazının regionun və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verdiyini vurğulayıb.
Daha sonra nümayəndə heyəti platformanın istehsalat sahəsi, idarəetmə otağı və digər obyektlərində cari vəziyyətlə tanış olub.
Sonda “Şahdəniz Bravo” platformasının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsinə verdikləri töhfəyə görə bp-nin bir neçə əməkdaşı təşəkkürnamə ilə təltif edilib.
Azərbaycanı beynəlxalq arenada qaz ixrac edən ölkə kimi tanıdan "Şahdəniz” yatağı 1,2 trilyon m³ qaz və 240 milyon ton kondensat ehtiyatlarına malikdir. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan kommersiya qaz həcmləri 2018-ci il iyunun 30-dan etibarən TANAP boru kəməri vasitəsilə Türkiyəyə, 2020-ci il dekabrın 31-dən etibarən isə TAP boru kəməri ilə Avropa İttifaqı ölkələrinə tədarük edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























