Özbəkistan mobil telefon və televizor ixracını artırıb
Özbəkistanın Artel brendinin məişət texnikalarına tələbat kəskin artıb.2022-ci ilin yanvar-oktyabr aylarında Özbəkistandan mobil telefonların ixracı 1,7 dəfə artaraq 25 min ədəd təşkil edib.
Marja xəbər verir ki, bu barədə Respublikanın Dövlət Statistika Komitəsi bildirir.
"2022-ci ilin yanvar-oktyabr aylarında Özbəkistan 5 milyon dollar dəyərində 25 029 ədəd mobil telefon ixrac edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə mobil telefonların ixracı təxminən 10,5 min ədəd artıb", - Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Beləliklə, ixrac 1,7 dəfə artıb.
Statistika Komitəsinin məlumatına görə, Özbəkistandan mobil telefon idxal edən ölkələr arasında Rusiya birinci yeri tutur - 16,8 min ədəd və ya respublikadan bütün ixracın 67%-i. Özbəkistanda yığılan mobil telefonların ilk üç alıcısı siyahısına həmçinin Ukrayna (5,3 min ədəd) və Qazaxıstan (2,9 min ədəd) daxildir.
Bundan əvvəl Özbəkistan Statistika Komitəsi Özbəkistandan televizor ixracının da artdığını bildirmişdi - yanvar-sentyabrda 26,2% artaraq 135,9 min ədədə çatmışdı. Rusiya əsas idxalçı olaraq qalır.
Price.ru qiymət aqreqatorunun araşdırmasına görə, Rusiya pərakəndə satış şirkətləri son vaxtlar daxili bazarı tərk etmiş brendlərin məhsullarını Çin, Türkiyə və Özbəkistanın analoqları ilə əvəz edirlər. Xüsusilə, 2022-ci ilin ikinci rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə Özbəkistanın Artel brendinin məişət texnikalarına tələbat 40% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















