"Unicapital"dan bazarların həftəlik analizi
(®) "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
- AR Maliyyə Nazirliyi istiqrazlarında gəlirlilik artmaqda davam edir. Ötən həftə AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı 4.37% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Hərracda tələb təklifi 4 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 150 milyon AZN olmuşdur.
- Bu həftə 25 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı keçiriləcək. Noyabr ayında bu istiqrazların hərracı 8.05% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
- 30 noyabr və 1 dekabr tarixlərində hər biri 30 milyon AZN olmaqla AR Mərkəzi Bankının notlarının hərracları keçirilmiş, hərraclarda orta ölçülmüş gəlirliliklər 3.42% - 5.50% aralığında olmuşdur. 168 günlük və 252 günlük notlarda gəlirlilik əsaslı şəkildə artmışdır. Belə ki, 168 günlük notlarda 4.12%-dən 4.83%-ə, 252 günlük notlarda isə 4.57%-dən 5.50%-ə yüksəlmişdir.
- 2 dekabr tarixində AR Mərkəzi Bankı tərəfindən ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verən Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilmişdir. Əvvəllər aparılan müvafiq əməliyyatlar üzrə emitentlər AR Mərkəzi Bankı, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinə ayrı-ayrılıqda müraciət edirdi və tələb olunan sənədlər kağız daşıyıcılarda təqdim olunurdu. Yeni yaradılmış sistem isə müvafiq əməliyyatları elektron formada aparmağa imkan verəcək.
Qlobal bazar
- ABŞ-da mühüm məşğulluq göstəricisi olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərindəki dəyişmə noyabr ayı üçün gözləntilərdən müsbət açıqlanmışdır. Belə ki, Bloomberg analitikləri bu göstəricinin 200 min olacağını proqnoz etsələr də, faktiki göstərici 263 min olmuşdur. Oktyabr ayında bu göstərici 261 min idi. İşsizlik dərəcəsi dəyişməz olaraq, 3.7% qalmışdır.
- Bu həftə Rusiya və Türkiyədə inflyasiya dərəcəsi açıqlanacaq. Analitiklər Rusiyada inflyasiyanın 12.63%-dən 11.93%-ə, Türkiyədə isə 85.51%-dən 84.80%-ə düşəcəyini proqnoz ediblər.
- OPEC+ 34-cü iclasını keçirib. OPEC+ ölkələri oktyabrda keçirilən iclasda razılaşdırılmış neft hasilatı planını dəyişməz saxlamağa qərar veriblər ki, bu da hasilatın gündəlik 2 milyon barel azaldılmasını nəzərdə tutur.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
12 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 17 d. əvvəl
- 21 d. əvvəl
- 36 d. əvvəl
- 37 d. əvvəl
-
47 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 50 d. əvvəl
- 53 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
58 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır





























