"Avropa İttifaqı ölkələri 2023-cü ildə 1,2 trilyon avro borc almalıdırlar"
Avropa İttifaqı ölkələri öhdəliklərini yerinə yetirmək üçün gələn il maliyyə bazarlarından rekord məbləğdə - 1 trilyon 200 milyard avro borc götürməli olacaqlar.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Fransanın "Les Echos" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa ölkələrinin borclanma ehtiyacları 2023-cü ildə cari illə müqayisədə 5% artacaq.
Nəşr bu cür rekord rəqəmləri enerji tariflərinin yüksəlməsi ilə əlaqədar əhaliyə kompensasiya ödənişlərinin artması ilə əlaqələndirir.
Qeyd edilib ki, Aİ ölkələri öz həmvətənlərini elektrik enerjisi, neft və qazın bahalaşmasından qorumaq üçün bahalı tədbirlər görməli olub.
Qəzet qeyd edir ki, yeni vəsaitlər faiz dərəcələrinin artıq yüksəldiyi bir vaxtda cəlb ediləcək. "Les Echos"un məlumatına görə, ilk üç borcalan İtaliya, Fransa və Almaniya olacaq. Qəzet məqaləsində qeyd edir: “Bazar şəraitinin pisləşdiyi bir vaxtda ölkələr sağa və sola borc götürməli olurlar. Problemlərdən bu qaçış nə vaxta qədər davam edəcək?"
Nəşr vurğulayır ki, faiz dərəcələrinin artması borclara xidmətin getdikcə daha ağır bir yükə çevriləcək. "Les Echos"un fikrincə, dərəcələrin cəmi bir faiz bəndi artırılması borcun ödənilməsi xərclərini on il ərzində 39 milyard avro artıracaq.
Fransa qəzeti yazır ki, islahatların həyata keçirilməsinin ləngiməsi, borcların məhdudlaşdırılmasının mümkünsüzlüyü iqtisadiyyatda uzunmüddətli tənəzzül təhlükəsi yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
12 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 15 saat əvvəl
-
15 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























