Rubl ucuzlaşmaqda davam edir
Cümə günü aşağı neft qiymətlərinin təzyiqi altında Rusiya rublu ABŞ dolları və Çin yuanına nisbətdə ucuzlaşıb.
Marja xəbər verir ki, bu ilin son iclasında Rusiya Mərkəzi Bankı inflyasiya riskləri ehtimalına işarə etsə də, əsas faiz dərəcəsini 7,5% səviyyəsində saxlayıb.
Rubl dollara nisbətdə 0,4% ucuzlaşaraq bir dollar üçün 64,60 rubl təşkil edib. Əvvəlki sessiyada dollar/rubl 64,95 rublu görüb.
Rubl yuan qarşısında 0,3% zəifləyib, yuan/rubl cümə axşamı günü 4,5 ayın ən yüksək həddi ilə 9,24 səviyyəsində ticarət edilib.
Rubl avro qarşısında 0,4% möhkəmlənib - avro/rubl məzənnəsi 68,71-ə düşüb.
Analitiklərin fikrincə, cümə günü dollar 65 rubl səviyyəsini keçə bilər, lakin vergi ödəmək üçün xarici valyuta satan ixracatçıların təzyiqi ilə gələn həftə zəifləyə bilər.
Rubl həm də Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılmasının təzyiqi altındadır və bu, Rusiyanın büdcə kəsiri üçün təhlükə yarada bilər.
Bu xəbər hazırlanarkən Brent markalı neft 2,6% ucuzlaşma ilə barreli 79,1 dollardan ticarət olunub. Ötən həftə Brent neftin qiyməti bu ilin minimumuna, bir barel üçün 75 ABŞ dollarına qədər geriləmiş, sonra 82 dollaradək yüksəlmişdi.
Gözlənildiyi kimi, Rusiya Bankı inflyasiya riskləri ehtimalına işarə edərək və səfərbərliyin işçi çatışmazlığını daha da artırdığını bildirərək faiz dərəcələrini dəyişməz saxlayıb.
Bir sıra analitiklər, yaxın aylarda dollar/rubl məzənnəsinin 62-65 diapazonunda ticarət edəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























