Putindən Rusiya neftinə “qiymət tavanı”nın tətbiqinə cavab - FƏRMAN
Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərman ilə Rusiya neftinə "tavan qiymət" mexanizimində iştirak edənlərə neft və neft məhsullarının satışı qadağan edilib. Fərmana əsasən, müqavilələrdə neftin qiymətinin məhdudlaşdırılması mexanizmi (qiymət tavanı) nəzərdə tutulduğu halda, Rusiya neftinin və neft məhsullarının xarici vətəndaşlara və şirkətlərə satışı qadağandır.Prezident Vladimir Putin Rusiya neftinə “qiymət tavanı”nın tətbiqinə cavab tədbirləri haqqında fərman imzalayıb.
Marja.az Kremlin saytındakı sənədin mətninə istinadən xəbər verir ki, neft embarqosuna qoşulmuş bütün ölkələrə (Fərmanda ABŞ ayrıca qeyd olunub) Rusiya neftinin tədarükü dayandırılacaq.
Fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədə olacaq. Bu dövrlərdə, tədarük müqavilələri birbaşa və ya dolayısı ilə “qiymət tavanı” mexanizmindən istifadəni əks etdirərsə, Rusiya Federasiyasından fiziki və hüquqi şəxslərə neftin dəniz və digər yollarla tədarükü qadağandır. İstisnalar ola bilər, ancaq Rusiya prezidentinin xüsusi qərarı əsasında.
Rusiya neft məhsullarının tədarükünə isə qadağa isə “Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilən tarixdən, lakin həmin tarixdən gec olmayaraq tətbiq ediləcək.
Fərmanın qəbulundan dərhal sonra birjalarda Brent və WTI markalarının qiymətləri artmağa başlayıb. Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri 1,86% bahalaşaraq 85,48 dollar/barelə çatıb.
Qeyd edək ki, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı dekabrın 5-də Rusiyadan neft tədarükünün maksimal qiymətini məhdudlaşdırmaq üçün rejim tətbiq ediblər. Maksimal qiymət bir barel üçün 60 dollardır.
Dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqına (Aİ) dəniz yolu ilə nəqlinə embarqo qüvvəyə minib. Həmçinin Aİ ölkələri dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin 60 dollar səviyyəsində tənzimlənən "qiymət tavanı" barədə razılığa gəliblər. Analoji qərar G7 ölkələri və Avstraliya tərəfindən də qəbul edilib. Qərb ölkələri öz şirkətlərinə razılaşdırılmış səviyyədən (60 dollar) yüksək qiymətlərə Rusiyadan neft daşıyan tankerlərə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməsinə qadağa qoyub.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak dekabrın 23-də verdiyi açıqlamada "tavan qiymət" tətbiqində iştirak edənlərə neft və neft məhsullarını satmayacaqlarını, lazım gələrsə, neft hasilatını 5-7 faiz azalda biləcəklərini söyləmişdi.
RUSİYA NEFTİNİN İXRACI
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya ümumilikdə 110,1 milyard dollar dəyərində 229,9 milyon ton xam neft ixrac edib.Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Rusiyadan xaricə 72,4 milyard dollar dəyərində (34% az) 238,6 milyon ton neft (3,7% daha çox), neft göndərilmişdir. 2021-ci ildə 36, 2020-ci ildə isə 39 ölkəyə neft tədarük edilib.
2017-ci ildən bəri Çin Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ildə bu ölkə Rusiyadan bu resursun 34,9 milyard dollar dəyərində 70,1 milyon tonunu (ümumi Rusiya ixracının 30,6%-i) alıb.Alqı-satqı həcminə görə ikinci yerdə Hollandiya (17,3 milyard dollara 37,4 milyon ton), üçüncü yerdə Almaniyadır (9,3 milyard dollara 19,2 milyon ton). Həmçinin 2021-ci ildə Rusiya neftinin ilk onluğuna Belarus (14,9 milyon ton; 6,4 milyard dollar), Koreya Respublikası (13,5 milyon ton; 6,4 milyard dollar), Polşa (11,2 milyon ton; 5,4 milyard dollar), İtaliya (8,9 milyon ton; 4,2 milyard dollar), ABŞ (7,4 milyon ton; 3,7 milyard dollar), Finlandiya (6,3 milyon ton; 3 milyard dollar) və Slovakiya (5,3 milyon ton; 2,5 milyard dollar) daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 40 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















