WP: Rusiyaya qarşı sanksiyaların təsiri gözləniləndən az oldu
Jurnalist Adam Taylor məqaləsində qeyd edib ki, Rusiyanın dünya ilə ticarəti “son bir ildə elə artıb ki, normal vaxtlarda buna, sürətli iqtisadi artım ili demək olardı”.Ukraynaya hücumuna görə Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına gözlənildiyindən daha az təsir edib.
Marja xəbər verir ki, bu fikri jurnalist Adam Teylor çərşənbə günü The Washington Post (WP) qəzetində dərc olunan analitik məqaləsində bildirib.
O, çərşənbə axşamı iqtisadi məsələlərlə bağlı iclas keçirən Rusiya prezidenti Vladimir Putinin bəyanatlarını şərh edib. Putinin sözlərinə görə, Rusiyada 2022-ci il üçün iqtisadi nəticələr bir çox proqnozlardan daha yaxşı olub. Prezidentin istinad etdiyi ilkin məlumatlara görə, 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) cəmi 2,5% azalıb, ekspertlər isə bu göstəricinin dərin düşəcəyini (20%-ədək) proqnozlaşdırırdılar. Onun sözlərinə görə, Rusiyanın ölkə iqtisadiyyatında yaranan "müsbət tendensiyanı möhkəmləndirmək" üçün hər cür imkanı var.
"Rusiya məlumatları göstərir ki, təsirin miqyası çoxlarının gözlədiyindən daha az olub. Putin Davosda olmasa da, Rusiya da dünyadan tamamilə kəsilməyib. Ölkənin dünyanın qalan hissəsi ilə ticarəti, cari əməliyyatlar balansı artıb. Normal vaxtlarda 2022-ci ilə sürətli artım ili demək olardı”, - məqalə müəllifi yazır.
Taylor qeyd edib ki, Rusiyada həyat “adi hal kimi davam edir”.
"Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ilin 11 ayı ərzində ölkənin ÜDM-i 2,1% azalıb. Bəzi ekspertlər 10%, 15%, hətta 20% azalma proqnozlaşdırırdılar. İlkin məlumata görə, 2022-ci ildə Rusiyanın ÜDM-in 2,5% azalıb.
2022-ci ildə inflyasiya səviyyəsi də gözləniləndən aşağı olub və 11,9% təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sonunda inflyasiyada nəzərəçarpacaq dərəcədə azalma gözlənilir. Bu ilin ikinci rübündə 4%-lik hədəf səviyyəsindən aşağı düşə bilər. Birinci rüb üçün biz 5%-ə qədər azalma gözləyirik.
Hakimiyyət orqanlarının vəzifəsi Rusiya iqtisadiyyatında yaranan "müsbət tendensiyanı dəstəkləmək və möhkəmləndirməkdir", çünki üçüncü və dördüncü rüblərdə artım qeydə alınıb.
Görünməmiş sanksiyalara baxmayaraq, 2022-ci ildə Rusiyada neft hasilatı təxminən 2% artıb, hasilat həcmi 535 milyon ton təşkil edib. Bununla yanaşı, təbii qaz hasilatı 11,8% azalıb. Amma Qərb ölkələrinin hərəkətləri nəticəsində dünya bazarlarında mavi yanacağın qiyməti xeyli artıb, “nəticədə Rusiya qaz istehsalçıları və ixracatçıları son iki ildə yaxşı gəlirlə işləyiblər”. Qaz şirkətlərinin ölkənin büdcə sisteminə ödənişləri əhəmiyyətli dərəcədə artırıb”, - Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı 2023-cü ilin ilk iqtisadi iclasında bildirib.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
7 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
8 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 9 saat əvvəl
-
9 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























