Daşkəsən dəmir filizi yataqlarının rezervi ciddi artırılıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Marja xəbər verir ki. müşavirədə, həmçinin böyük investisiya tələb edən, kifayət qədər mürəkkəb olmaqla yanaşı, həm də böyük iqtisadi töhfələr vəd edən Daşkəsən dəmir filizi yataqlarının istismarı layihəsi barədə də danışılıb.
Bildirilib ki, ötən il “AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Daşkəsən dəmir filizi yataqlarının rezervi beynəlxalq standartlara uyğun ciddi artırılıb. Sahədə filiz kütləsinə çatmaq üçün planlı şəkildə torpaq səthində üstaçma işləri aparılır.
Qeyd edilib ki, hasil edilən dəmir filizinin istehsalının təşkili – konsentrat, daha sonra pellet və DRİ (direct reduce iron - birbaşa reduksiya dəmir) xammalın hazırlanması üçün 2025-ilin sonunadək müvafiq istehsalat infrastrukturunun qurulması məqsədilə işlər davam etdirilir. Həmçinin dövlət büdcəsindən asılılıq yükünü azaltmaq üçün xarici investorun cəlb edilməsi nəzərdə tutulub.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov hazırda təcrübəli tərəfdaş şirkətin cəlbi ilə bağlı danışıqlar prosesinin yekun mərhələdə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, dəmir filizi yataqların istismara verilməsi ilə metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, 2035-ci ilədək ÜDM-ə ~3 milyard 970 milyon ABŞ dolları, (təqribən 6 milyard manat) həcmində töhfə veriləcəyi və ~290 milyon ABŞ dolları (~493 milyon manat) həcmində vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Layihənin icrası müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, illik yüzlərlə daimi iş yerinin açılması ilə regionun məşğulluq göstəricisinə ciddi töhfə verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















