“Dənizdə "yaşıl enerji" istehsalına başlamaq Azərbaycan üçün çox asan olacaq”
“Neft və qaz ölkəsi olaraq dənizdə "yaşıl enerji" istehsalına başlamaq Azərbaycan üçün çox asan olacaq”.
Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov “NeGlobal” nəşrinə müsahibəsində deyib.
E.Soltanov əlavə edib ki, neft və təbii qazın tükənən olması bərpaolunan enerjiyə keçidi daha vacib edir:
“Mən çox şadam ki, biz neftlə başladıq, qalıq yanacaqlarının ən təmizi olan təbii qaza keçdik və bu dairə Avropadan olan tərəfdaşlarımızla birlikdə “yaşıl enerji” ilə tamamlanır. Bərpa olunan enerjiyə keçməklə biz Avropa ölkələri ilə münasibətlərimizi əbədi olaraq üfüqi müstəviyə keçiririk. Bu mənim üçün simvolik olaraq çox önəmlidir.
Avropa ölkələri ilə əməkdaşlığımızda “yaşıl enerji”ni enerji balansına əlavə etməyimizin səbəblərindən biri odur ki, biz Xəzərdə 157 GVt gücündə külək enerji mənbəyi tapmağımızdır. Bu isə Azərbaycanın ehtiyacı olduğundan 20-dəfə çoxdur”.
Energetika nazirinin müavini qeyd edib ki, nəhəng “Şahdəniz” qaz yatağı Azərbaycanın Avropa ilə təbii qaz əlaqələrinin əsasını qoyduğu kimi, 157 GVt-lıq dəniz küləyi potensialı Bakının Avropa ölkələri ilə əlaqələri qura bilməsi üçün möhkəm əsasdır.
O, Azərbaycanla Avropa arasında böyük məsafənin olduğunu qeyd edib: "Bu, əsasən qiymətin artması deməkdir. Lakin dəniz küləyinin miqyası o qədər böyükdür ki, biz Avropa ilə enerji əməkdaşlığımızın əsasına çevrilə biləcək nəyinsə olduğuna inanırıq”.
E. Soltanov qeyd edib ki, bərpaolunan enerjini istifadə edən texnologiyalar çox bahalı olduğundan yerli istehsala önəm veriləcək:
“Bizim gəmilərimiz, müəyyən infrastrukturumuz var və neft-qaz platformaları ilə işləmək təcrübəmiz mövcuddur. İndi bu təcrübədən, ən azından qismən dəniz külək platformalarının qurulmasında istifadə oluna bilər. Çox maraqlı sinerjilər var".
E.Soltanov qeyd edib ki, Azərbaycan Avropa ilə neft-qaz əlaqələri baxımından böyük təcrübə və qarşılıqlı etimad qazanıb və indi eyni təcrübəni "yaşıl enerji" sahəsində də tətbiq etmək olar:
“Burada eyni siyasi çərçivələr, eyni maliyyə institutları olacaq. Beləliklə, təbii qazdan "yaşıl enerji"yə keçərkən bütün bu təcrübə çox faydalıdır. Deməli, biz yeni bir şey icad etmirik, eyni paralel yolla gedirik. Görmək və faydalanmaq üçün çox maraqlı sinerjilər var. Məsələn, maraqlı bir məqam ondan ibarətdir ki, Azərbaycanda elektrik enerjisinin istehsalı əsasən təbii qaza əsaslanır. Biz getdikcə daha çox "yaşıl enerji" istehsal etdikcə, bu o deməkdir ki, biz daha çox qaza qənaət edə bilərik ki, bu da yenidən tərəfdaşlarımıza ixrac oluna bilər”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
-
46 d. əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
1 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 3 saat əvvəl
-
13 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
14 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
Rəsmi məzənnələr açıqlandı
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
Ən çox oxunanlar
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib



























