Qızılın qiyməti cüzi yüksəlib
Çərşənbə günü ABŞ Mərkəzi Bankının (FED) fevral iclasının protokolu dərc olunacaq. Sənəddə Dolların məzənnəsinə təsir edə bilən Mərkəzi Bankın gələcək planları barədə siqnallar ola bilər. Cümə axşamı isə dördüncü rübdə ABŞ ÜDM-ində dəyişikliklər açıqlanacaq ki, bu da dollara təsir göstərə bilər.Bazar ertəsi səhər dünya birjalarında qızılın qiyməti cüzi artıb.
Marja xəbər verir ki, investorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED, ABŞ mərkəzi bankı) gələcək siyasəti ilə, o cümlədən faizlər ilə bağlı siqnalları gözləyirlər, bu da fevral iclasının protokollarında yer alacaq. Protokollar 22 fevralda dərc olunacaq.
Marja xəbər verir ki, Nyu-Yorkun Comex birjasında aprel qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 0,1% artaraq 1844 dollar olub (Bakı vaxtı ilə saat 10:25-ə olan məlumat).
Çərşənbə günü FED-in fevral ayı iclasının protokolları dərc olunacaq, sənəddə FED-in uçot dərəcəsini dəyişdirmək üçün gələcək planlarına dair siqnallar ola bilər. Bazarlar həm iqtisadi artım sürəti ilə bağlı siqnalları gözləyirlər.
FED-in siyasəti dollara təsir etdiyi üçün qızıl üçün əsas amillərdən biri olaraq qalır. Qızıl ABŞ valyutasının dəyərindəki dəyişikliklərə həssasdır: dollar nə qədər bahadırsa, başqa valyutada bir o qədər az qızıl almaq mümkün olur və əksinə. Adətən dollar bahalaşan zaman qızıl ucuzlaşır, dollar ucuzlaşan zaman isə bahalaşır.
Dollar əsas dünya valyutaları qarşısında
Ticarət məlumatlarına əsasən, bazar ertəsi səhər dolların əsas dünya valyutaları qarşısında dəyəri təxminən sabitdir. Bazar ertəsi ABŞ bazarları tətil səbəbiylə bağlıdır, bu da ticarət həcminə təsir edir.
Avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 1,0694 dollardan 1,0691 dollara düşüb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,08% artaraq 103,94 bənd təşkil edib.
FED yüksək inflyasiya fonunda faiz dərəcələrini ardıcıl yeddi dəfə yüksəldib və bu, tənəzzül risklərini artırıb. ABŞ-da inflyasiya tədricən yavaşlamağa davam edir, lakin 2%-lik hədəfdən xeyli yuxarı olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
13 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















