Analitiklər dolların 85 rubldan yuxarı qalxacağını gözləmirlər
"SberCIB Investment Research" analitikləri hesab edirlər ki, fevralda və martın əvvəlində Rusiya valyutasının bir dollar üçün 75-77 rubla qədər ucuzlaşması fundamental amillərlə deyil, geosiyasi risklərin müvəqqəti artması ilə bağlıdır.
Marja-nın məlumatına görə, onlar hesab edirlər ki, rublun bir dollar üçün 85 rubldan aşağı zəifləməsi ehtimalı hətta mənfi ssenaridə də azdır.
Ekspertlər 2023-cü ilin birinci rübünün sonuna kimi rublun dollara nisbətdə 72 rubla qayıdacağını və ilin sonuna qədər 70 rubla yaxın qalacağını gözləyirlər. Uzunmüddətli perspektivdə rubl dəstəklənəcək və onun volatilliyi Çin iqtisadiyyatının sürətlənəcək artımı səbəbindən artan qlobal neft qiymətləri ilə məhdudlaşacaq.
SberCIB-in məlumatına görə, ilin sonuna kimi Brent nefti 91 dollar/barelə qədər bahalaşa bilər. Bundan əlavə, onlar tədarük zəncirlərinin yenidən qurulması fonunda Rusiya neftinə endirimlərin azalacağına ümid edirlər.
Büdcə qaydası da milli valyutanı gücləndirməlidir - Rusiyanın neft və qaz ixracının həcmi azalarsa, Maliyyə Nazirliyi xarici valyutanın satışını artıracaq. Rubl Rusiya Bankının inflyasiya hədəfləməsi ilə də dəstəklənəcək.
SberCIB hesab edir ki, hadisələr investisiya şirkətinin hazırda gözlədiyindən daha mənfi şəkildə inkişaf etsə belə, rublun bir dollar üçün 85 rubldan aşağı zəifləməsi ehtimalı azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























